Bakıya təcili eniş edən təyyarədə sərnişin öldü

Təl-Əviv-Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən “El Al İsrael Airlines” aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilir ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.

Sərnişin uçuş zamanı dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ