Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib - foto

Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, itlərin kütləvi zəhərlənməsi 28 iyulda baş verib. Belə ki, yayılan məlumatlarda o da qeyd olunub ki, zəhərlənən itlər arasında dövlət qeydiyyatında olanlar da var. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, görüntülər qeydə alınıb: 

“Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ