Ötən gün Ali Məhkəmədə “Real” partiyasının sədri İlqar Məmmədovun şikayətinə baxılıb.
Buta.media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məhkəmə şərti cəzanı və ölkədən çıxmaqla bağlı qadağanı Məmmədovun üzərindən götürsə də, cinayət işinə xitam verməyib.
Respublikaçı Alternativ Partiyasının Xarici Əlaqələr Katibi Erkin Qədirli bildirib ki, Ali Məhkəmənin İlqar Məmmədovun kassasiya şikayətini qismən təmin etməsi, cinayət işinə xitam verilməməsi həmin şəxsin 5 il müddətinə namizədliyini irəli sürə bilməməsi deməkdir: “İlqar Məmmədov 13 avqust 2024-cü ilə qədər heç bir seçkidə namizəd ola biləməyəcək”.