Ölmüş körpənin doğum evindən qaçırılması cəhdinin görüntüləri – VİDEO

26 günlük uşağı ailənin razılığı olmadan xəstəxanadan çıxarıb qaçırılma anının görüntüləri yayılıb.

Videoda “Niva” markalı maşında ikisi tibb işçisi olmaqla 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsi görünür.

Bu zaman körpənin yaxınları ölmüş uşağın meyitinin onlardan icazəsiz xəstəxanadan çıxarılmasının qarşısını alıblar.

Həm sürücü, həm də tibb işçiləri hərəkətlərinə aydınlıq gətirə bilməyiblər.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (6 saylı Doğum Evi) ölmüş körpənin doğum evindən qaçırılması ilə bağlı iddialara aydınlıq gətirib.

Doğum evindən APA-ya verilən açıqlamaya görə, Əkbərova Züleyxa Tahir qızı 30.06.2022-ci ildə 39-40 həftəlik hamiləliklə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna daxil olub:

“Doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması, tənəffüs çatmazlığı qeydə alınıb. Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulub.

Vəziyyətin ağırlığı ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduqdan neonatal koma vəziyyətində olub”.

Doğum evindən o da bildirilib ki, 26 gün şöbədə kliniki, laborator, funksional müayinələrdən keçirilən körpə kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya olunub. Poliorqan çatışmazlığı nəticəsində tələf olub:

“Ölüm diaqnozu ağır asfiksiya, neonatal koma, III dərəcəli mədəcik daxili qansızma, qıcolması, ketalohematoma olub. Meyit təşrihə verilib. Patomorfologiya müayinəsi nəticəsində ölüm səbəbi dəqiq bəlli olacaq”.

O da qeyd olunub ki, mütəmadi olaraq həkim tərəfindən uşağın ailə üzvlərinə vəziyyəti ilə bağlı məlumat verilib, hətta davamlı şəkildə ailə üzvlərinin körpə ilə görüşü təşkil olunub:

“Müəssisəmizdə bununla bağlı video sübutlar da mövcuddur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ