Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 103 aktiv xəstə var. Bu günə qədər 9 741 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.