Sabah güclü külək əsəcək

İyulun 28-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 21-25, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ