Məktəblər bağlanacaq? Təhsil naziri COVID-19-a yoluxmanın artmasından danışdı

Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsirindən danışıb.

Buta.media-nın xəbərinə görə, o, 2021-2022-ci tədris ilində dərslərin dayandırılmadığını xatırladıb.

“Əgər koronavirusa yoluxma artarsa oxşar model yeni tədris ilində də tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır. Hesab edirəm ki, payız mövsümündə yoluxma sayının artmasının məktəblərin bağlanmasına səbəb olması ehtimalı azdır. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”, - nazir vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ