“Azərbaycanda müəllimlərin əməkhaqqı sistemi yenilənəcək”.
Bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:
“137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əməkhaqqı sisteminə cəlb olunması nəzərdə tutulur”.
Nazir həmçinin qeyd edib ki, məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək.
“Üç-beş ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”.