Xırdalanda faciə: Ana pəncərədən yıxılan övladının arxasınca özünü atdı

Xırdalan şəhərində ana və azyaşlı övladı bədbəxt hadisə nəticəsində vəfat ediblər. Hadisə  Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron” yaşayış massivində qeydə alınıb.

Oxu.Az saytı bildirir ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

Qeyd olunur ki, ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ