"Diqlas"ın aqibəti bəlli oldu

"Diqlas" Ticarət Mərkəzinin binası söküləcək. 

Buta.media-nın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Yəhya Babanlı məlumat verib.

O bildirib ki, yanğın zamanı binanın təməli zədələnib: "Ekspertlərin rəyinə görə, binanın sökülməsi vacibdir".

Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib. 8 nəfər FHN əməkdaşı olmaqla 11 nəfər xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ