Azərbaycanda koronavirus: 309 yeni yoluxma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir.

Son sutka ərzində ölkədə 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 803 044, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 000, üç və daha çox doza vaksin vurduranların sayı 3 329 356, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 774 təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ