Nabranda dincələn qadınları çəkib aşağlayan şəxs həbs edildi

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidməti xəbər verir.

Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ