Bakıda marşrut avtobusu yandı - Video

Bakıda 120 nömrəli avtobusda yanğın baş verib.

Buta.media-nın xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Salyan şosesinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində qeydə alınıb.

“BMH” MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ