Bakıda qəza zamanı ölən tələbənin görüntüləri yayıldı - FOTO

Martın 25-də Bakının Qaradağ rayonu ərazisində – Bakı-Qazax magistralının Sahil qəsəbəsindən keçən hissəsində ağır yol qəzasında ölən gəncin görüntüləri yayılıb.
 
Buta.media-nın publika.az-a istinadla verdiyi məlumata görə, Astara rayon sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilinin qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin sürdüyü yük maşınına çırpılması nəticəsində Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb.
 
Məlumata görə, bir neçə il əvvəl Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirən Hüseyn paytaxtda şirkətlərdən birində çalışırmış. Gənc oğlan bayram tətilindən qayıdarkən dəhşətli hadisə ilə üzləşib.
 
Yol qəzasında dünyasını dəyişən H.Abdullazadə subay olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ