Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Buta.media xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bu gün Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

Nazir qeyd edib ki, Türkiyə Prezidenti Zəngilan Hava Limanının açılışında iştirak edəcək.

Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ