İşdən çıxarılan icra müavini Azərbaycan dilini unudub

Ötən gün vəzifəsindən azad edilən Lənkəran icra hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva mətbuata rusca açıqlama verməyə başlayıb.

Manset.az-ın əməkdaşı işdən çıxarılması ilə bağlı Əliyevanın uzun illər işlətdiyi mobil nömrəyə zəng vurub. Ancaq rusca danışa biləcəyini deyən keçmiş müavin mətbuat nümayəndələrinin davamlı olaraq onu narahat etdiyini dilə gətirib: “İzvinite, ya vas ne ponimayu...”.

Qeyd edək ki, R.Əliyeva  və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başladılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ