Azərbaycan “Henley Partners” şirkətinin yenilənmiş “Viza Məhdudiyyətləri” indeksində (Visa Restrictions) 79-cu yeri tutub.
Aprel reytinqində Azərbaycan 75-ci yerdə qərarlaşmışdı.
Qlobal “Viza Məhdudiyyətləri” İndeksi dünyanın 200-dən çox ölkə və ərazisinin viza qaydalarını təhlil edir və onları vizasız giriş ölkələrin sayına görə sıralayır.
“Azərbaycan pasportu digər ölkələrin mövqelərindəki dəyişikliklərə görə “Henley Partners” indeksində 75-ci yerdən 79-cu yerə yüksəlib. Hesabat dövründə ölkə ilə vizasız gediş-gəlişlə bağlı sazişlər bağlanmayıb. Azərbaycan pasportlarının sahibləri dünyanın 69 ölkəsinə vizasız və ya yerində viza almaqla səyahət edə bilərlər”, - hesabatda deyilir.
“Henley Partners” qeyd edir ki, Yaponiya reytinqdə birinci yerdədir - 193 ölkə. Sinqapur və Cənubi Koreya 192 vizasız ölkə ilə ikinci yerdə qərarlaşıblar.