Deputat: Ucuz ərzaq alaraq orqanizmimi korlaya bilmərəm

Mən ucuz və daha çox ərzaq alaraq orqanizmi korlaya bilmərəm. Orqanizmimi ona zərər verəcək bioloji materiallarla qidalandıra bilmərəm. 
 
Buta.media-nın məlumatına görə, bunu medicin.az saytına Aydın Mirzəzadə deyib.
 
Deputatın sözlərinə görə, o sutka ərzində 8 saat yuxu mütləq yatmalıdır: 
 
"Mən bu rejimi çalışıram ki, pozmayım. Süd məhsullarından çox istifadə edirəm. Südü yalnız təmiz və təbii kənd südü olduğuna  inandığım yerdən alıram. Bəlkə də Azərbaycanda pendir ən çox bizim evimizdə yeyilir. Hər pendiri də almırıq. Pendiri özüm seçirəm. Motal pendirini çox sevirəm. Rayonlara gedərkən çalışıram ki, çörək, pendir və meyvə alım. Çünki hər rayonun ərzaqları özünəməxsus olur. 
 
Heç vaxt ət alıb soyuducuda saxlamırıq. Hər dəfə yalnız təzə halda istifadə etməyə üstünlük veririk. Toyuğu ancaq bazardan alırıq. Mən broyler toyuğu yeyə bilmirəm. Hesab edirəm ki, bahalı olan ərzaqdan az-az alım, amma bilim ki, bunun orqanizmə xeyri var".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ