Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.
58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.
Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib.
Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.