Azərbaycan ilə Aİ arasında enerji sahəsində memorandum imzalanıb

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen imzalayıblar.

16:10

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilir.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

15:04

Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfərə gəlib.

Bu barədə Avropa Komissiyasının rəhbəri tviterdə yazıb.

“Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, - o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ