COVID-19 “hücuma keçir”: Azərbaycanda revaksinasiya nə vaxt başlayır?

Avqust ayında əhalidən koronavirusa qarşı ikinci “buster” doza ilə təkrar peyvənd edilməsi rəsmi şəkildə tələb oluna bilər.

Bu barədə “Sputnik Azərbaycan” yazır

Gələn ay azərbaycanlıların COVID-19-a qarşı üçüncü peyvəndi ilə vaksinasiya olunmaqlarından altı ay keçəcək.

Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yeni kəskinləşən epidemioloji vəziyyət fonunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə bu xəstəliyə qarşı immuniteti “təzələməyi” tövsiyə edib.

Beynəlxalq təşkilatın məlumatına görə, ikinci “buster” doza beş yaşdan yuxarı immun çatışmazlığı olan insanlar, yaşlılar, tibb işçiləri və hamilə qadınlar üçün lazımdır. COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin eyni vaxtda tətbiq edilməsinə icazə verilir.

Peyvəndlənmədən sonra tibbi maskaları da yada sala bilərsiniz

Azərbaycanda koronavirusa yoluxma göstəriciləri artır. Son sutka ərzində 151 yeni yoluxma faktı qeydə alınıb. Statistika artım tendensiyası göstərir. Bunun yaxın gələcəkdə nə ilə nəticələnə biləcəyini infeksionist Vasif Əliyev şərh edib.

Onun sözlərinə görə, xəstələnmə hallarının artması gələcəkdə də davam edəcək. Ehtimallara görə, avqustun sonundan etibarən ölkədə epidemioloji vəziyyətin aydın şəkildə kəskinləşməsi nəzərə çarpacaq. Lakin rəqəmlərin əvvəlki dalğanı nə qədər üstələyəcəyini bu gün söyləmək çətindir.

V.Əliyev deyib ki, yoluxma dinamikası artarsa, lokal məhdudiyyətlərin tətbiqinə başlanacaq:

“Pandemiya hələ bitməyib. Buna görə də insanlar ehtiyatlı olmalıdır. Ölkəmizdə də yoluxma sayı dünyadakı yoluxma sayı ilə paralel gedir. Yoluxma artarsa, Operativ Qərargah məhdudiyyətlər və qadağalar tətbiq edə, qərarlar verə bilər”, - deyə o bildirib.

Vəziyyət “omikron” ştammının yeni mutasiyası ilə daha da ağırlaşır. “Omikron-BA.5” altvariantının daha yüksək keçiriciliyə malikdir. 

Bu arada terapevt Zakir Quliyev əhaliyə şəxsi gigiyenaya və sosial məsafəyə riayət etməyin vacibliyini unutmamağı tövsiyə edib.

Qonşu ölkələrdə vəziyyət

Şərqi Asiya və Avropada ötən həftənin sonunda COVID-19-a yoluxma sayı rekord vurub. Ümumilikdə, yoluxanların sayı ardıcıl beşinci həftədir ki, artıb.

ÜST qeyd edir ki, pandemiya hələ “bitməyə yaxın deyil”: 4-10 iyul tarixlərində 5,7 milyondan çox insana koronavirusa yoluxub ki, bu da bir həftə əvvəlkindən 6% çoxdur. ÜST rəhbəri Tedros Adhanom Qebreyesus maska ​​taxmağa və COVID-19 üçün kütləvi testlərə qayıtmağa çağırıb.

Türkiyədə sutkada 8-16 min yeni yoluxma halı qeydə alınır. Ötən həftə ilə müqayisədə yoluxmaların sayı iki dəfə artıb.

Gürcüstanda Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına görə, bir həftə ərzində 5154 yeni koronavirusa yoluxma aşkarlanıb, onlardan 3310-u Tbilisidədir. Bu, bir həftə əvvəlki göstəricidən iki dəfə çoxdur.

Rusiyada gündə 4 mindən çox yoluxma hadisəsi qeydə alınıb ki, bu da mayın 28-dən sonra ən böyük göstəricidir. Moskvada “omikron” BA.4 və BA.5-in təhlükəli olmayan altvariantlarının yayılması səbəbindən bir həftə ərzində yoluxma 57% artıb.

Hansı ölkələr yeni məhdudiyyətlər tətbiq edir

Honq-Konqda iyulun 15-dən etibarən evdə özünütəcrid vəziyyətində müsbət nəticə verən koronavirus və simptomsuz virus daşıyıcıları olan xəstələr elektron qolbaq taxmalıdırlar. Qanun pozuntusu 3,2 min ABŞ dolları məbləğində cərimə və ya altı aya qədər həbslə cəzalandırılır.

Makaoda (ÇXR) 11-18 iyul tarixlərində karantin rejimi tətbiq olunur - ikinci dərəcəli əhəmiyyət daşıyan bütün obyektlər, o cümlədən kazinolar bağlanır. Evdən yalnız ərzaq almaq üçün və ya fövqəladə hallarda çıxa bilərsiniz.

İsveçdə 21 bölgədən 17-si müəssisələrdə (səhiyyə də daxil olmaqla) məcburi maska taxılmasını geri qaytarıb. Bir sıra xəstəxanalarda pasiyentlərin qohumları və dostları tərəfindən ziyarət edilməsinə məhdudiyyətlər qoyub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ