Bakı beynəlxalq aeroportundan Bodruma uçmalı olan AZAL təyyarəsinin reysi gecikir.
Bununla bağlı sərnişinlər sosial şəbəkələrdə görüntülər yayıblar. İddia olunub ki, sərnişinlərə xəbərdarlıq etmədən Bakı-Bodrum reysinin vaxtı dəyişdirilib.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, aviaşirkətin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir: "Sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək".