Bakıda şagirdlər stajoru döydülər - YENİLƏNİB


Martın 27-də Bakıda 138 nömrəli məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsinin döyülməsinin bəzi təfərrüatı məlum olub.
 
Buta.media
xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, 11-ci sinif şagirdi stajordan məktəbdə siqaret çəkməməsini xahiş edib.
 
Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib.
 
Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib.

 

17:17

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər.
 
Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur. Hadisənin motivini araşdırmağa çalışırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ