Ramazan ayı başlayacaq tarix açıqlandı

Azərbaycanda müqəddəs Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək.
 
Bu barədə Buta.media-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
 
İdarənin tərtib etdiyi təqvimə əsasən bayramın ilk günü may ayının 6-na, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27, 31 may tarixlərinə təsadüf edəcək.
 
Eyni zamanda, təqvimdə Ramazan bayramının iyun ayının 5-nə düşəcəyi qeyd edilir. 
 
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ