Azərbaycanda anomal istilər başlayır - XƏBƏRDARLIQ

İyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Bu barədə Buta.media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qərb küləyi arabir 15-18 m/s, 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Xidmətdən həmçinin bildiriblər ki, sabah, iyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ