Kürdəmir rayonunda bədbəxt hadisə yaşanıb.
Buta.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki azyaşlı arasında baş verən olay zamanı biri digərini atasının silahı ilə güllələyib.
Belə ki, rayonun Sor-sor kənd sakini, 12 yaşlı Tural Nəsirov qarnında qırma yarası ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı müəyyən olunub ki, 6 yaşlı Sərdar Məmmədov atası Ramilə məxsus tir tüfəngindən ehtiyatsız istifadə edib.
Nəticədə açılan atəşlə Nəsirov Turan Alim oğluna xəsarət yetirib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.