“Tarqovu”da partlayış oldu - VİDEO

Bakının mərkəzində “Tarqovu” kimi tanınan Nizami küçəsində partlayış olub.

Buta.media xəbər verir ki, FHN-nin yaydığı ilkin məlumata görə, rabitə quyularından birində partlayış qeydə alınıb, yeraltı kommunikasiya xətlərində yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Öz növbəsində, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev bildirib ki, baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur.

O, qeyd edib ki, partlayışdan sonra Azəriqaz İB qəza xidməti tərəfindən hadisə yeri tam araşdırılıb və qaz sızması aşkarlanmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ