Bakının "Mirvari"-si sökülür - FOTO

Bakı bulvarının məşhur "Mirvari” yay kafesi sökülür.

 
Buta.media-nın məlumatına görə, bu barədə hadisə şahidləri BAKU.WS-ə xəbər veriblər.
  
"Mirvari”-nin söküntü işlərini aparan işçilər qeyd ediblər ki, kafe təmirə bağlanıb.
  
“Hazırda tikili sökülür. Söküntü bitdikdən sonra yeni tikili əsasında əsrarəngiz "Mirvari” kafesi tikiləcək”, - deyə iş icraçısı bildirib.
  
Onun sözlərinə görə, tikinti-təmir işləri hardasa 5 ay çəkə bilər. Lakin işin dəqiq yekunlaşacağı tarix məlum deyil.
  
Məsələ ilə əlaqədar Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinn rəhbəri Günay Yelmarqızı bildirdi ki, "Mirvari” kafesi təmirə bağlanıb.
 
“Təmirdən sonra "Mirvari” kafesi yeni görünüşdə vətəndaşların istifadəsinə veriləcək. Tikili əvvəlki kimi elə kafe kimi də istifadə ediləcək”, - deyə qurum rəsmisi bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ