Elmlər Akademiyası əməkdaşlarının qeyri-adi etirazı: Mənzillərimizi verin!

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları qeyri-adi etiraz aksiyası təşkil edərək, alimlər üçün tikilmiş binadakı mənzillərinin verilməsini tələb ediblər.

AMEA-nın bəzi əməkdaşları iddia edirlər ki, qurumun prezidenti Akif Əlizadə alimlər üçün nəzərdə tutulmuş mənzilləri satıb.

Etiraz əlaməti olaraq, onlar binanın üzərində Prezident İlham Əliyevə müraciət əks olunmuş plakat asıblar və bununla da problemlərini diqqətə çatdırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ