Azərbaycanda koronavirus: Son statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 662 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 383 nəfərdir.

Ölkədə son sutka ərzində 1591, hazırkı dövrədək isə 6 987 669 test aparılıb.

Son sutka ərzində ölkədə COVID-19 əleyhinə vaksin vurulmayıb. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 781 770, birinci doza peyvəndlərin ümumi sayı 5 359 466, ikinci doza vaksinlərin sayı 4 855 347 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 316 498, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 459 olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ