İmişlidə toyda qan su yerinə axdı

İmişli rayonunda toyda dava düşüb.
 
Buta.media “Qafqazinfo”-ya istinadən məlumat verir ki, martın 24-də rayonun Məzrəli kənd sakini Adil Nuriyevin həyətində toy şənliyi üçün mağar qurulub və məclis zamanı naməlum şəxs əlindəki bıçaqla Gövhərli kənd sakini, 1956-ci il təvəllüdlü Mustafa Zamanovu sinəsindən bıçaqlayıb. 
 
Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ