Əlacsız FHN əməkdaşlarına sahibkarlar kömək etdi - VİDEO

Bakıdakı “Diqlas” ticarət mərkəzində baş verən yanğının söndürlüməsində sahibkarlar da iştirak edib.
 
Buta.media-nın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Belə ki, görüntülərdə ticarət mərkəzinin ikinci mərtəbəsində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürəni ilə yanaşı mülki geyimli şəxslərin də olduğu əks olunub. Həmin şəxslər üksək təzyiqli yanğın şlanqını yanğınsöndürənin əlindən alır və yanğını özləri söndürməyə çalışırlar.
 
Onlar ticarət mərkəzində obyekti olan sahibkarlar olduğu bildirilir. 
 
FHN işçilərinin belə bir şeyə icazə verməsi isə birmənalı qarşılanmayıb. Bəziləri mülki geyimlilərin xüsusi forması olmadan və təlimsiz formada öz həyatını təhlükəyə atmasını tənqid edib, bəziləri isə FHN əməkdaşlarının əlacsız qaldığını, yanğını söndürməyə güclərinin çatmadığını, buna görə də sahibkarların belə bir addım atdığını qeyd edib.

 


Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib ki, kadrlarda göstərilən mülki geyimli şəxslər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin səhər növbədən çıxan əməkdaşlarıdır:

 

"Onlar yaxın ərazidə qalırlar və hadisədən xəbər tutub öz həmkarlarına köməyə gəliblər". 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ