Mərdəkandakı tarixi qala bərbad durumda - FOTO

Mədəniyyət Nazirliyinin balansında olan Böyük Mərdəkan qəsr baxımsız vəziyyətd qalıb.
 
Buta.media  Musavat.com-a istinadən məlumat verir ki, abidə tamamilə unudulub. 
 
Sakinlər bildirdilər ki, Mərdəkan qalasına illərdir ki, yaxınlıqda yaşayan Vidadi Əmrullaoğlu nəzarət edir.  

 

Ömrünü bu qalaya nəzarət etməklə keçiriən Vidadi kişi də yaşlanandan sonra abidənin vəziyyətinin necə olacağı bilinmir.
 
Dövlət Turizm Agentlikdən bildirildi ki, həmin abidə onlara tabe deyil. 
   
Qala bərbad durumda olsa da deyilənə görə, bu ərziyə turist axını çox olur. 
 
Mərdəkanda bu qala 12-ci əsrdə tikilib. Qalanın tikintisi zamanı balıqqulağı və əhəngdən, yumurta sarısından, keçi və dəvə yunundan istifadə edilib. Hündürlüyü 22 metr, 76 pilləsi, 6 otağı olan qala müdafiə məqsədilə tikilib. Böyük müharibələr nəzərə alınaraq, qalanın içində ərzaq anbarı kimi istifadə etmək üçün 108 quyu qazılıb.
 
Sonra yeraltı tunellər vasitəsilə digər qalalarla əlaqə yaratmağa çalışıblar. Keçmişdə dənizdən təhlükə hiss edən zaman bu qalanın üzərində tonqal qalayıblar. O zamanlar çoxmərtəbəli binalar olmadığı üçün Mərdəkanda qalanan tonqal, şəhərin mərkəzindən görünərmiş və hücumun qarşısını almaq üçün tədbirlər görülərmiş.
 
Onu da qeyd edək ki, qalanın damında quş damı tikilib. Hazırda həmin damda göyərçin saxlanılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ