Polis Bakı metrosunda balta ilə gəzən şəxsi saxladı - FOTO

Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada 

14:46

Bakı metrosunda əlibaltalı şəxs peyda olub.

Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir.

O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.

Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün... Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə... Bax metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ