Sinoptiklər sabaha yağışlı hava vəd edirlər

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ