Azərbaycan Ukraynaya humanitar yardım göndərib - FOTO

Azərbaycan Ukrayna xalqına növbəti dəfə humanitar yardım göndərib.

Report xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi humanitar yardıma ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları daxildir.

Bu sıraya saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir.

Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ