Azərbaycanda koronavirus: Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 371 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 2 117, hazırkı dövrədək isə 6 970 953 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1457 vaksin vurulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ