İlham Əliyev dörd polkovnikə general rütbəsi verdi - ADLAR

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Buta.media-nın məlumatına görə, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanov

polis polkovniki Namiq Zirəddin oğlu Həsənov

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov

polis polkovniki Sərdar Süleyman oğlu Səfərov.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ