Xırdalanda qonşu qadınlar arasında dava düşdü

Abşeron rayonu, Xırdalan şəhərində qonşu qadınlar arasında dava düşüb.
 
Buta.media xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə Quşçuluq massivində baş verib.
 
1971-ci il təvəllüdlü İbrahimova Sarıtel Novruz qızı qonşuluğunda yaşayan qadınla əlbəyaxa dava edib. Nəticədə S.İbrahimovanın başına dəmir alətlə zərbə vurulub. Qadın kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ