Qızılı lülə kabab: Məşhur azərbaycanlı aşbaz hər kəsi təəcübləndirdi - VİDEO

Dünyanın bir çox şəhərlərində işləmiş tanınmış azərbaycanlı kulinar İlkin Əkbərzadə lülə kababı 24 karatlıq qızılla bəzəyərək ona qeyri-adi unikallıq verir.

 

İ.Əkbərzadə bu barədə öz “Facebook” səhifəsində video yerləşdirib.

 

Qeyd edək ki, İlkin Əkbərzadə usta-şef, restoratordur, Azərbaycan, Rusiya, BƏƏ, Latviya, Finlandiya, Cənubi Koreyada, Türkiyədə, Hindistan və İranda  işləyib.

 

 

O, Ümumdünya baş aşbazlar Assosiasiyasının üzvüdür, BƏƏ Kulinarlar Gildiyasının kulinar səfiri, Rusiya Milli baş aşbazlar Gildiyasının və Moskva Kulinarlar Assosiasiyasının üzvüdür.

 

Əkbərzadə Bakıda keçirilən  IV İslam Həmrəylik Oyunlarının baş aşbazı olub.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ