Hələlik, Azərbaycan - Almaniya səfiri Bakını tərk etdi

Almaniyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Volfqanq Maniq ölkəsinə dönüb.

Buta.media xəbər verir ki, bu barədə almaniyalı diplomat tviterdə yazıb.

“Hələlik, Azərbaycan! Səninlə keçirilən vaxt gözəl idi!”, - V.Maniq bildirib.

Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ