“Beli, ayaqları qırılmışdı” - Tanınmış ginekoloqun intiharının təfərrüatı

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

APA TV mərhumun yaşadığı əraziyə yollanaraq, onun qonşusundan müsahibə alıb. Bildirilib ki, 10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb.

Yasamal rayonunda çoxmərtəbəli bina

Həkimin yaşadığı binada təmizlik işçisi kimi çalışan Məhəbbət Cəbrayılova onun sakit ailəsi olduğunu bildirib:

“Həyat yoldaşı işə gedib-gəlir, heç bir psixoloji problemi yoxdur. Özü də Azərbaycan Dövlət Gömrük Komitəsində çalışır. İki övladları var - bir qız, bir oğlan. Həyəti təmizləyirdim, eşitdim ki, nəsə yerə düşdü və uşaqlar qışqırışdı. Gördüm başqa binadan adamlar baxır, dedi, adam yıxılıb. 

10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb

Eşitdim ki, Xalidə xanımdır. Ağ maşının üzərinə düşmüşdü. Baxdım ki, qanın içindədir. Beli, ayaqları qırılmışdı. Artıq ölmüşdü. Həyat yoldaşı və uşaqlar gəldi. Hamısı evdə idilər. Yoldaşı çox pis oldu, cəsədə baxdı, qayıtdı. Polislər və təcili tibbi yardım gəldi, götürüb apardılar. Xalidə xanımın qardaşı, valideynləri də gəlib-gedirdi. Gözəl insan idi, bir dəfə pislik görməmişəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ