Gürcüstan Azərbaycanla quru sərhədlərin açılacağına ümid edir

Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik.

Report-un məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və “Azərbaycan Hava Yolları” QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədlər 14 mart 2020-ci ildən bağlıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ