Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirən müəllimə şiddətli töhmət verilib.
Bu barədə Buta.media-nın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib:
“Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə, müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.