Sumqayıtda parkomatlar ləğv olundu - FOTO

Sumqayıtda müəyyən olunmuş ərazilərdə quraşdırılmış parkomatların sökülməsinə başlanılıb. 

 
Buta.media-ın ONA-ya istinadən məlumatına görə, iki il öncə avtomobillərin intensiv olduğu müxtəlif yerlərdəki parkomatların çoxu artıq sökülüb.
 
Sumqayıtda 2017-ci ildə quraşdırılmış parkomatlarda qiymətləri bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manat idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ