Fərrux Azərbaycanın nəzarətindədir - Paşinyan etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də İrəvanda keçirdiyi onlayn mətbuat konfransında bir sıra sensasion bəyanatlar verib.

Buta.media-nın xəbərinə görə, Ermənistan hökumətinin başçısı Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olduğunu təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin cari ilin martında rəsmi olaraq yaydığı bəyanatda da qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.

Daha sonra erməni KİV-ləri kəndin və təpənin Rusiya sülhməramlılarının məsuliyyət zonasına qaytarılması ilə bağlı öz ölkələrinin ictimai rəyinə dezinformasiyalar aşılamağa çalışıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ