Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü

Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində baş verib. Türkiyə səfirliyinə məxsus “KİA” markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda İnsight” markalı taksini vurub. 

Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Əraziyə polis əməkdaşları gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ