Bakıda avtoşluq edən əsgər həbs edildi - VİDEO

Hərbi Prokurorluq Bakıda avtoşluq edən əsgərlə bağlı məlumat yayıb. 

Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan əməlləri törətməsinə əsaslı şübhələrin olduğu müəyyən edilib.

Ə.S.Məlikova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuş və Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində 4 ay (dörd) müddətində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ