Goranboyda sel həyatı iflic etdi, maşınları apardı - Video

Fövqəladə Hallar Nazirliyi tərəfindən əvvəlcədən xəbərdarlıq edildiyi kimi, bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub.

Nazirlikdən bildirilib ki, bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub. Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

20:38

Goranboyda yağış və sel ciddi fəsadlar törədib.

Rayonun Ağcakənd qəsəbəsində sel suları səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Belə ki, güclü sel bir neçə avtomobili aparıb. Eləcə də, su evlərə dolub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ