Əli İnsanov İlham Əliyevdən bağışlanmasını istəyib - FOTO

Martın 16-da əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanov həbsdə olan zaman Prezident İlham Əliyevdən bağışlanmasını istəyib.
 
Buta.media-nın məlumatına görə, bu barədə Oxu.Az saytı yazır.
 
Sayt qeyd edir ki,  Əli İnsanov hələ 2005-ci ilin oktyabrında, yəni konkret ittihamlar əsasında həbs olunduqdan dərhal sonra bağışlanmaq üçün Prezident İlham Əliyevə müraciət edib.
 
Beləliklə, 2005-ci ilin oktyabrında yazılmış müraciətin mətni Əli İnsanova hökm oxunan ərəfələrdə, 2007-ci ildə “525-ci” qəzetdə dərc olunub.


 
Qəzetin 12 aprel 2007-ci il tarixli 612-ci sayında “Əli İnsanov: Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlıqlı müraciəti yer alıb.


 
Müraciətdə o, Rəsul Quliyevə qoşulmasını səhv adlandırıb. Ə. İnsanov onun Heydər Əliyevin qarşısında olan xidmətlərini, 60 yaşını, səhhətində baş verən ciddi problemləri nəzərə alıb, əfv olunmasını xahiş edib.
 
Müraciətin tam mətni.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ